Cənubi Koreya vətəndaşlarına İranla bağlı xəbərdarlıq etdi

DÜNYA 16 apr 2024, 18:11
Cənubi Koreya Xarici İşlər Nazirliyi Yaxın Şərqdə artan gərginlikdən sonra İrana səfər xəbərdarlığı edib. 

Demokrat.az
xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, Nazirliyin bəyanatında İranın bəzi bölgələrinə, xüsusilə Sistan və Bəlucistan əyalətlərinə və Xuzistan, Buşəhr və Hörmüzqan əyalətlərinə səfər etməmək tövsiyə edilib. 

Cənubi Koreya vətəndaşları İrana planlaşdırılan səfərlərini ləğv etməyə, bölgə sakinləri isə fövqəladə hallar istisna olmaqla təhlükəsiz ölkələrə getməyə çağırılıb. 

Açıqlamada nazirliyin İrandakı təhlükəsizlik vəziyyətini yaxından izləyəcəyi və lazım gələrsə əlavə tədbirlər açıqlayacağı qeyd edilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top