Ceyhun Bayramov Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatıldı — FOTOLAR (YENİLƏNİB)

XARİCİ SİYASƏT 15 apr 2024, 12:10
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoq toplantısında fəxri qonaq qismində iştirak edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Bildirilib ki, nazir regionlararası əlaqələrin, qardaş ölkələr arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

“Regionlarımız arasında daha möhkəm tərəfdaşlığa doğru addımların atılmasına zəmin yaradan bu strateji dialoqa etimad və öhdəlik ifadə olunub”, - məlumatda qeyd olunub.


***
10:29


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Körfəz Əməkdaşlıq Şurası-Mərkəzi Asiya Strateji Dialoqun nazir səciyyəsində iclasında fəxri qonaq kimi iştirak edib.


Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

İclasda çıxış edən nazir regionlararası əlaqələrin, qardaş ölkələr arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Çıxışda regionlarımız arasında daha möhkəm tərəfdaşlığa doğru addımların atılmasına zəmin yaradan bu strateji dialoqa inam və öhdəlik ifadə olundu.







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top