“Sədərək”də avtomobillərə qəsdən ziyan vuran şəxslə bağlı DİN-dən açıqlama — VİDEO

HADİSƏ 14 apr 2024, 15:53
Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birinin dayanacağında avtomobillərə qəsdən ziyan vurulması ilə bağlı polisə məlumat daxil olub.

Demokrat.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib.

Həmin şəxs paytaxt sakini 2001-ci il təvəllüdlü V.Rzayev müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun psixi sağlamlığının yerində olmadığı müəyyən edilib. Həmin şəxsin ixtisaslaşmış həkim briqadasına təhvil verilərək müalicə mərkəzinə yerləşdirilməsi təmin edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə bir gəncin “Sədərək” Ticarət Mərkəzinin dayanacağında avtomobillərin üzərinə çıxaraq qəsdən ziyan vurmasını əks etdirən görüntülər yayılıb.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top