İsrail ordusu İran raket və PUA-larının 99%-ni vurub

GÜNDƏM 14 apr 2024, 11:51
“İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni vurub”.

Demokrat.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari məlumat verib.

Onun sözlərinə görə, İran İsrailə doğru 170 pilotsuz uçuş aparatı atıb, onların heç biri İsrail sərhədlərinə çatmayıb. PUA-lar müttəfiqlərlə birlikdə İsrail hərbçiləri tərəfindən vurulub.

Bundan əlavə, İran İsrailə 30 qanadlı raket atıb və İsrail ordusu onlardan 25-nin qarşısını ala bilib.

Haqari həmçinin İranın İsrailə 120 ballistik raket atdığını deyib. Onlardan bəziləri İsrailin raketdən müdafiə sistemini aşaraq Nevatim aviabazasına düşüb. Ordu sözçüsü bildirib ki, bazaya cüzi ziyan dəyib.

Haqari əlavə edib ki, pilotsuz təyyarələrin və raketlərin bəziləri İraq və Yəməndən İsrailə atılıb, lakin onlar yəhudi dövlətinin hava məkanını keçməyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top