Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb

İDMAN 14 apr 2024, 09:56
Güllə atıcılığı üzrə Azərbaycan milli komandasının üzvü Nigar Nəsirova Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanıb.

Azərbaycan Atıcılıq federasiyasından Demokrat.az-a verilən məlumata görə, təmsilçimiz qadınlar arasında 10 m məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışda 578 xalla uğurlu nəticə əldə edib.

Qeyd edək ki, N.Nəsirova həlledici mərhələdə qalib olarsa Parisdə keçiriləcək 2024 Yay Olimpiya oyunlarına vəsiqə qazanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top