Türkiyədə silahlı hücum: Ölən və yaralananlar var

REGİON 14 apr 2024, 00:00
İstanbulun Beyoğlu məhəlləsində silahlı hücum olub.

“Qafqzinfo” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, insident nəticəsində 1 nəfər ölüb, 1-i ağır olmaqla 4 nəfər yaralanıb.

Belə ki, 3 şübhəli şəxs silahla atəş açıb. 20 yaşlarında olduğu müəyyən edilən şübhəlilər daha sonra hadisə yerindən qaçıblar.

Əraziyə polis və tibb qrupları göndərilib. Yaxınlıqdakı xəstəxanalara çatdırılan yaralılardan biri müdaxilələrə baxmayaraq vəfat edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top