Rusiyada nənə dəcəllik edən 9 yaşlı nəvəsini öldürüb

REGİON 13 apr 2024, 17:37

Rusiyada  nənə 9 yaşlı nəvəsini öldürüb.

Azpost.info bildirir ki, bu barədə SHOT teleqram kanalı məlumat yayıb.

Hadisə Çeboksarıda baş verib. Pensiyaçı nənə dəcəl uşağın davranışından narazı qalıb.

Oğlan anası və nənəsi tərəfindən böyüdülüb. Atsı Krımda yaşayır. Dünən günortadan sonra 2-ci sinif şagirdi Moskva rayonundakı mənzilində nənəsi ilə evdə qalıb. Ana işlədiyi bankdan qayıdanda isə oğlunu ölmüş görüb.

Məlum olub ki, 61 yaşlı nənə nəvəsinin davranışını bəyənmədiyi üçün onu boğub.

Təqaüdçü saxlanılıb. Onun əvvəllər məhkumluğu olmayıb. Qadının sosial şəbəkələrdə də şübhəli heç nəyi yoxdur. O, qan damarlarını gücləndirmək üçün xalq müalicəsinin siyahısını, sağlam onurğanın sirlərini yerləşdirib və 100 ilə qədər yaşamaq haqqında videolar paylaşıb.

Nənə barədə “azyaşlının qətli” maddəsi ilə cinayət işi açılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top