Dəm qazından ölənlərin sayı açıqlandı

SOSİAL 05 aprel 2024, 14:03
“2024-cü ilin ilk 3 ayı ərzində 25 nəfər dəm qazı səbəbindən həyatını itirib”.

Demokrat.az
xəbər verir ki, bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bildirib. 

Onun sözlərinə görə, 3 ay ərzində ümumilikdə qaz problemi ilə əlaqədar 332 hadisə qeydə alınıb:

“Hadisələr zamanı 335 nəfər xəsarət alıb. Sözügedən hadisələr əsasən, istilik cihazında olan nasazlıq və tüstü bacasının olmaması səbəbindən baş verib.

Bundan əlavə 2024-cü ilin yanvar-mart ayları ərzində ümumilikdə 25 ölüm faktı qeydə alınıb. Bunlardan 7-si yanvar, 14-ü fevral və yerdə qalan 4-ü isə mart ayında baş verib”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 fevral 2025, 12:51
Top