Yenilənmiş “Mercedes-AMG GLE” modeli təqdim edildi — FOTO

AVTO 04 apr 2024, 14:22
“Mercedes-Benz Group AG”nin Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Avtokapital Azərbaycan” MMC məşhur iş adamı, “Networking Azerbaijan” Biznes Klubunun həmtəsisçisi Orxan Hacıyevının iştirakı ilə yenilənmiş “Mercedes-AMG GLE ” modelinin fotosessiyasını təqdim edib.

Müvəffəqiyyət hər addımda inamın və hərəkət istiqamətinin ölçülüb-biçilməsinin kvintesensiyasıdır ki, biznes dairələrinin nümayəndələri üçün bunları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil, çünki onlar üçün avtomobil məqsədə gedən yolun ayrılmaz hissəsidir.

İdman üslubunda güclü, innovativ və sadəcə mükəmməl.

Yenilənmiş “Mercedes-AMG GLE” yolsuzluq avtomobili yol səthinin mürəkkəbliyindən asılı olmayaraq, istənilən vəziyyətdə liderliyi əlində saxlayır. Qabaqcıl texnologiyalar və yüksək performanslı mühərrik gündəlik həyatda köməkçiləriniz olacaq. 

Yolsuzluq avtomobilinin ifadəli idman dizaynı istənilən vəziyyətdə başqaları tərəfindən yüksək qiymətləndiriləcək. 

Salonun premium səviyyəli interyeri yüksək keyfiyyətli bəzək elementləri, eksklüziv dekorativ materialları və innovativ sistemləri sayəsində heyranlıq doğurur. AMG idman oturacaqları müsbət sürücülük təcrübəsinə zəmanət verir. Mühərrik xəttinə 435-612 at gücündə mühərriklər daxildir.

Avtomobillər haqqında daha ətraflı məlumat almaq üçün Mercedes-Benz-in Azərbaycandakı rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:

Abşeron Avtomobil Mərkəzi
Tel.:
+ 994 12 347 78 00 / *8885
Autostar Kaukasus GmbH Azərbaycan
Tel.:
+994 12 496 50 50 / +99412 976



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top