Yaxın illərdə maşın bazarında vəziyyət necə olacaq? — PROQNOZ

AVTO 03 apr 2024, 17:51
Azərbaycanda buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi kimi fəaliyyət göstərə bilməyəcək. 

Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.

Qərara əsasən, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.

Bu qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

Məsələ ilə bağlı yol nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlama verib.



O deyib ki, 15 ildən artıq müddəti keçən avtomobillər içində taksi kimi fəalliyyət göstərənlərin sayı həddən artıq çoxdur:

“Taksi ilə yanaşı, maşın bazarında da 15 ildən artıq müddət keçən avtomobillərə tez-tez rast gəlirik. Buna görə də 15 ildən çox olan avtomobillər satışa güclü təsir edəcəyini deyə bilmərik. Maşın bazarında qiyməti ən çox rüsumlar tənzimləyir. Rüsumları izləmək lazımdır. Maşınları ölkəyə gətirərkən daşınma, sığorta, alınma, servis haqqları maşının qiymətinə birbaşa təsir edir. Ona görə də qiymətlər haqqında hələ danışmaq doğru deyil. Dəqiq bilinmir ki, ucuzlaşma olacaq, yoxsa bahalaşma. Hər halda bahalaşma gözlənilmir. Stabil olaraq bir müddət eyni qalacaq. Bu da ölkə üzrə nəqliyyat payının orta-statistik dəyərini görədir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top