Milli Məclisin sonuncu iclasında bəzi deputatlar müəllimlərin pensiya yaşına toxunaraq qeyd ediblər ki, onlar 65 yaşdan sonra pensiyaya çıxmaq istəmir. Bəs onların bu istəyi nədən qaynaqlanır?
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Demokrat.az-a açıqlama verib.
O bildirib ki, hazırda 4432 orta təhsil məktəbində 150 min müəllim çalışır:
“Son illərdə müəllimlərin işə qəbul imtahanları, sertifikasiya və diaqnostika imtahanlarının nəticələrini təhlillərində görürük ki, yaşı 50-dən yuxarı olan müəllimlərin göstəriciləri ilə 30-dan çox olan müəllimlərinin göstəricilərində fərq olduqca çoxdur. Həmçinin, ali təhsil ocaqlarında da gənc müəllimlərlə işləyən şagirdlərin nəticələri daha yaxşıdır. Bu onunla bağlıdır ki, gənc müəllimlər daha dinamikdilər. Yeniliyə daim açıqdırlar.
Əlbəttə ki, yaşlı müəllimlərin təcrübəsi kifayət qədər var. Etiraf etməliyik ki, bu gün yaşlı müəllimlər təhsilin tədrisində o qədər də yüksək göstəriciyə malik deyillər”.
Ekspert qeyd edib ki, müəllimlərin dincəlməsi üçün onları nəinki 65, hətta 60 yaşdan yüksək təqaüdə göndərməliyik:
“Əvəzinə isə gəncləri işə götürməliyik. Belə olduğu halda, həm də gənclərin işsizlik problemi həll olunacaq. Təhsil sistemində yaşlı müəllimləri saxlamaqla heç vaxt keyfiyyət yüksəkliyinə nail ola bilmərik. Onların təcrübəsi çoxdur. Lakin təhsil dinamik yenilikləri, dəyişməyi istəyən sahədir. Ümumiyyətlə, bəzi müəllimlərin fiziki yaşı ilə pedaqoji faydalılığı üst-üstə düşmür”.
Törə Zeynallı
Demokrat.az