Vahid Ələkbərov Rusiyanın ən zəngin adamı oldu

İQTİSADİYYAT 03 apr 2024, 08:54
Rusiyanın ən varlı adamları siyahısında birinci yeri “Lukoil” neft şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Vahid Ələkbərov tutub.

Demokrat.az xəbər verir ki, bu barədə “Forbes”in reytinqində deyilir.

Mənbə yazır ki, son bir ildə onun sərvəti 8,1 milyard dollar artaraq 28,6 milyard dollara çatıb.

“Forbes” qeyd edib ki, Ələkbərov tarixdə ilk dəfə reytinqə başçılıq edir. O, qlobal milyarderlər siyahısında 59-cu yerdədir.

Reytinqdə ikinci yeri “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson tutub. Onun sərvəti 27,4 milyard dollar qiymətləndirilir. İlk üçlüyü 26,6 milyard dollarla Novolipetsk dəmir-polad zavodunun rəhbəri və ən böyük səhmdarı Vladimir Lisin qapayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top