Uşağına siqaret çəkdirən ata valideynlik hüququndan məhrum edilə bilər — Hüquqşünasdan AÇIQLAMA

SOSİAL 02 apr 2024, 17:26
Xəbər verdiyimiz kimi 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd 1 yaşlı övladına qarşı hüquqazidd hərəkət törədib. Sosial şəbəkələrdə canlı yayımda atanın uşağa siqaret çəkdirməsini əks etdirən görüntülər yayılıb. 

Hüquqşünas Əsabəli Mustafayevin sözlərinə görə, əvvəlcə azyaşlının səhhəti yoxlanılmalı, atanın əməli həkim rəyinə uyğun qiymətləndirilməlidir:

“Uşağın səhhəti pisləşibsə, İnzibati Xətalar və ya Cinayət Məcəlləsinə uyğun olaraq ata cəzalandırılmalıdır. Ailə Məcəlləsi ilə də məsələ nizamlanmalıdır. Əgər uşaq ziyan görməyibsə, azyaşlıların işi üzrə müvafiq komissiyalar rəy verməlidir. Daha əvvəl valideyn tərəfindən uşağın hər hansı zorakılığa məruz qalıb-qalmaması araşdırılmalıdır. Əgər belə hal təkrar baş verirsə, şəxsin valideynlik hüququndan məhrum edilməsi məsələsi ortaya qoyula bilər. İlk dəfə baş verirsə, rəsmi surətdə ataya xəbərdarlıq edilməlidir. Uşaq valideyni tərəfindən zorakılığa məruz qalıbsa, qanunvericiliyə görə valideyn valideynlik hüququndan məhrum edilə bilər”.

Qeyd edək ki, yayılan görüntülər araşdırılıb və adıçəkilən şəxs hüquq-mühafizə orqanları tərəfindən müəyyən olunaraq saxlanılıb. O bu hərəkəti sosial şəbəkələrdə izləyici toplamaq məqsədilə etdiyini deyib.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top