Yunanıstanda ən yüksək temperatur qeydə alındı

DÜNYA 01 aprel 2024, 19:26
Mart ayında Yunanıstanda temperatur rekordu qırılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, martın 28-31-də ölkənin bir çox bölgəsində havanın temperaturu mövsüm normalarından yüksək olub.

Ay ərzində qeydə alınan ən yüksək temperaturu nəzərə alsaq, temperatur rekord həddə çataraq 30 dərəcəyə yaxınlaşıb. 

Ən yüksək temperatur martın 31-də Livadiya şəhərində 29,8 dərəcə olub.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top