Ararat Mirzoyan: Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür

XARİCİ SİYASƏT 31 mart 2024, 23:59
“Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür”.

“Report" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Argentinanın “Todo Noticias” telekanalına müsahibəsində deyb.

“Çətinliklər və problemlər mövcuddur. Lakin hesab edirik ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür. Biz öz tərəfimizdən həll yollarını tapmaq üçün səylər göstəririk. Müqavilə imzalamaqdan danışarkən, razılaşdırılmalı olan vacib məqamlar mövcuddur. Onların arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin demarkasiyası var”,- deyə o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top