Hərəkətdə olan yük maşınında yanğın baş verdi

HADİSƏ 28 mar 2024, 13:48
Türkiyədə şokolad daşıyan yük maşınında dəhşətli yanğın baş verib.

Demokrat.az
xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin Adana vilayətində baş verib.

Yük maşını Tarsus-Adana-Qaziantep yolunda hərəkətdə olarkən naməlum səbəbdən alovlanmağa başlayıb.

Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları göndərilib. Yanğın qrupların müdaxiləsi ilə qısa zamanda söndürülüb. 

Hadisə nəticəsində yük maşını yararsız hala düşüb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top