Xankəndidə silah-sursat tapıldı

HADİSƏ 28 mar 2024, 10:21
Ötən gün Xankəndi şəhərində silah-sursat aşkarlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisindən ümumilikdə 3 avtomat silahı, 7 qumbara, 6 tank əleyhinə qumbaraatan, 4 mina, 21 alışdırıcı, 29 patron darağı, 4200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top