Ekspert: "Sürücü məsuliyyətsizliyi qatar stansiyalarında qəzalara səbəb olur"

GÜNDƏM 27 mar 2024, 17:42
Mingəçevirdə dəmir yolu stansiyası yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un xəbərinə görə Mingəçevir şəhər sakini 1988-ci il təvəllüdlü Ağayev Xanlar Vahid oğlunun idarə etdiyi "Audi" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Qurumdan bildirilib ki, avtomobil yüksək sürətlə hərəkətdə olub və döngəyə daxil olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq dəfələrlə yuvarlanıb və aşıb. ADY bir daha sürücüləri dəmiryol keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə çağırıb.




Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında sürücü məsuliyyətsizliyinin qəzaları qaçılmaz etdiyini deyib:

“Dəmir yolu ərazilərində xəbərdaredici və məlumatverici nişanlar qoyulur. Bəzən ehtiyac olduğu təqdirdə şlaqbaum da qoyulur. Sürücü bilərəkdən qaydanı pozursa, artıq buna bir çarə qılmaq mümkün deyil. 

Ötənilki araşdırmalardan məlum olur ki, qəzaların əsas səbəblərindən biri yol hərəkəti qaydalarının bilərəkdən pozulmasıdır. Təəssüf ki, sürücü məsuliyyətsizliyi bədbəxt hadisələrə gətirib çıxarır”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top