Zelenski onu vəzifəsindən azad etdi

DÜNYA 26 mar 2024, 21:37
Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov vəzifəsindən azad edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski müvafiq qərar imzalayıb.

Bildirilib ki, O.Danilovun yerinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsində çalışmış Aleksandr Litvinenko təyin edilib.

Qeyd olunur ki, Danilov Milli Təhlükəsizlik Şurasının on üçüncü katibi olub və 2019-cu il oktyabrın 3-dən bu vəzifəni icra edir.

O, işdən çıxarılması ilə bağlı hələlik heç bir açıqlama verməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top