Kolumbiyalı futbolçu məşqdə yıxılaraq ölüb

İDMAN 24 mart 2024, 22:15

Boliviyanın “Real Santa Cruz” komandasının kolumbiyalı futbolçusu Gilermo Beltran 24 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Marca” qəzetinin məlumatına görə, futbolçu məşq zamanı huşunu itirib.

Dərhal xəstəxanaya çatdırılan Beltran ürəktutması səbəbindən orada dünyasını dəyişib.

Beltran “Real Santa Cruz”da 21 oyun keçirib və 1 qol vurub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top