AZAL: Moskvaya yola düşən sərnişinlər uçuşa 3 saat qalmış hava limanına gəlməlidir

GÜNDƏM 23 mar 2024, 13:24

Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saat qalmış hava limanına gəlmələrini xahiş edir.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatında deyilir:

“Crocus City Hall”da baş vermiş faciəli hadisə ilə əlaqədar 23.03.24-25.03.24 tarixləri arasında yola düşəcək və daşınmadan imtina edən sərnişinlərə ilkin gediş tarixindən növbəti 3 gün ərzində marşrutun saxlanılması şərti ilə aviabiletlərin məcburi şəkildə yenidən rəsmləşdirilməsinə və ya tam dəyərinin məcburi şəkildə qaytarılmasına icazə verilir.

Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər”, - açıqlamada deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top