Ermənistan hər dəfə Metsamor AES-in ömrünü süni şəkildə uzadır, bu da ciddi təhlükədir — RƏY

XARİCİ SİYASƏT 21 mar 2024, 17:43
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Metsamor Atom Elektrik Stansiyasını (AES) istismardan çıxarmaq, beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və prosedurlara əməl etmək əvəzinə, Ermənistan hakimiyyətinin hər dəfə onun ömrünü süni şəkildə uzatmağa çalışdığını bildirib.

QHT rəhbəri "Report"a açıqlamasında qeyd edib ki, bu gün Belçikanın Brüssel şəhərində işə başlayan Nüvə Enerjisi Sammitində dünyanın qlobal problemlər müzakirə edilir.

Onun sözlərinə görə, son illər ekoloji problemlər və nüvə enerjisindən istifadə ilə bağlı narahatlıq var:

"Azərbaycan vətəndaş cəmiyyətini Metsamor AES-in fəaliyyəti uzun illərdir narahat edir. Köhnə texnologiya ilə işləyən, 9.5 ballıq seysmik zonada 1976-cı ildə inşa edilmiş, cəmi 8 bala hesablanmış Metsamor Atom Elektrik Stansiyası Azərbaycan, Türkiyə, Ermənistan və bütün region üçün böyük nüvə təhlükəsi yaradır".


Umud Mirzəyev
U.Mirzəyev bildirib ki, Araz çayı Metsamor AES vasitəsilə çirkləndirilir: "Stansiyanın fəaliyyəti nəticəsində yaranan zəhərli maddələr Araz çayının hövzəsinə axıdılmaqdadır. Metsamor AES bütövlükdə region üçün böyük bir təhlükə mənbəyinə çevrilib".

"Təəssüflər olsun ki, Ermənistan Metsamor AES ömrünü süni şəkildə uzadır. Biz Nüvə Enerjisi Sammitinin həmsədrləri – Belçikanın Baş naziri Aleksandr De Krooya və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossiyə açıq məktub göndərməklə Metsamor AES-in fəaliyyətinin nə böyüklükdə təhlükə yaratdığını bir daha önə çəkdik. Ermənistan hakimiyyətinin Metsamor AES ilə əlaqədar məsuliyyətsiz davranışları, dünya ictimaiyyətini aldatmağa hesablanan yalan hesabatları bölgəni növbəti Çernobıl və Fukusima qəzalarına doğru aparır", - o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top