Ombudsmanın əməkdaşları "Toplum TV" işi çərçivəsində saxlanılanlara baş çəkdilər

DAXİLİ SİYASƏT 19 mart 2024, 17:55
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun (MPQ) üzvləri Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər.

Bu barədə Demokrat.az-a Ombudsman Aparatından məlumat verilib.

Qeyd edilib ki, MPQ-nin ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisədə saxlanılan şəxslərlə, o cümlədən Ələsgər Məmmədli, Ruslan İzzətli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, İlkin Əmrahov və Müşfiq Cabbarovla konfidensial qaydada görüş keçirilib, onların saxlanılma şəraiti və sağlamlıq vəziyyəti araşdırılıb, müraciətləri dinlənilib.

Qəbul edilən şəxslərin bəziləri MPQ-nin ixtisasca həkim üzvünün iştirakı ilə Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində tibbi müayinələrdən keçirilib.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla söhbətlər aparılıb, saxlanma şəraitinin milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top