Azərbaycanın müdafiə naziri Pakistana başsağlığı verib

XARİCİ SİYASƏT 17 mar 2024, 10:15
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzəyə başsağlığı ünvanlayıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Başsağlığında deyilir: "Pakistanın şimal-qərb bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik.
Allah rəhmət eləsin".

Xatırladaq ki, martın 16-da Pakistanın Əfqanıstanla sərhədyanı bölgəsində təhlükəsizlik qüvvələrinin postuna hücum nəticəsində azı yeddi nəfər ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top