Qida boyaları uşaqların sağlamlığına təsir edir

MARAQLI 11 mar 2024, 19:59
Qidaları daha iştahaaçan və göz oxşayan etmək üçün istifadə edilən rəngləndiricilər sağlamlığa nə qədər mənfi təsir edir?

Demokrat.az
xəbər verir ki, türkiyəli Professor Ufuk Tansel Şireli məsələyə aydınlıq gətirib.

O bildirib ki, bu, vəziyyətdən ən çox təsirlənənlər uşaqlardır:

“Qida sənayesindəki şirkətlər məhsulları daha dadlı, cəlbedici və iştahaaçan etməyə çalışırlar. 

Ona görə də məhsullarına qida əlavələri kimi təbii və sintetik yolla istehsal olunan rəngləndiriciləri daxil edirlər. 

Yeyinti sənayesində qida boyaları qida birləşmələrinə təbii (kök yağı, çuğundur tozu və s.) və sintetik (tartrazin, xinolin sarısı və s.) kimi əlavə edilir. 

Təbii ki, qida boyalarının tərkibinə daxil olmayan, bəzən imitasiya və saxtakarlıq məqsədilə istifadə edilən, ucuz maddələr əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır. 

Bundan əlavə, bu qeyri-qanuni zəhərli maddələr xərçəngə və ölümə səbəb ola bilər. 

Qida boyalarının yaratdığı sağlamlıq təhlükələrinən çox məruz qalan qrup uşaqlardır. 

Tədqiqatlar göstərir ki, uşaqlar yüksək kalorili, qida dəyəri az olan, əlavələr olan, ya da süni ətirli içkilər və qəlyanaltı məhsulları olan qidalara üstünlük verirlər. Bu da onların sağlamlığında ciddi problemlərə yol açır”.

Aysu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top