Azərbaycanda qadın sürücülərin sayı artıb

SOSİAL 06 mart 2024, 11:29
Azərbaycanda qadın sürücülərin sayı artıb.

Demokrat.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 8 Mart Beynəlxaq Qadınlar Günü ilə bağlı yaydığı hesabatda öz əksini tapıb.

Vurğulanıb ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2023-cü ildə 12,0 faizədək artıb.

Qeyd edək ki, 2024-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib, ötən ildə doğulmuş 112,6 min körpədən 46,9 faizi qız uşaqları olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 00:28
17 sentyabr 2025, 23:12
17 sentyabr 2025, 22:39
Top