Bu ilin ilk iki ayında Türkiyənin Antalya şəhərinə gedən xarici turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 10,82 artaraq 499 min 784-ə çatıb.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
Məlumata görə, Antalyaya ötən ay 270 min 686 turist səfər edib.
Fevral ayında Antalyaya ən çox ziyarətçinin qonaq olduğu ölkə 58 min 228 nəfərlə Almaniya olub.
Rusiya 48 min 937 turistlə ikinci, İngiltərə isə 37 min 454 qonaqla üçüncü yerdədir.
Qeyd edək ki, bu ölkələri Polşa, Hollandiya, Qazaxıstan, Ukrayna, Danimarka, Avstriya və Belçika izləyib.
Aysu
Demokrat.az