Nigar Camal polis bölməsinə çağırıldı — FOTO

ŞOU-BİZNES 05 mar 2024, 18:10
Bir neçə gün əvvəl müğənni Nigar Camal dələduzların qurbanı olub. Naməlum şəxslər ifaçının adından sosial şəbəkədə səhifə açaraq onun pərəstişkarlarından pul istəyiblər.

Demokrat.az xəbər verir ki, hadisə artıq Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.

Bu barədə Nigar sosial şəbəkə hesabında məlumat verib. O, bölis idarəsinə çağrıldığını deyib:

“Bu gün ərizə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldım. Bir neçə gün öncə adımdan “TikTok” hesabı açıb, insanları şantaj edən şəxslə bağlı şikayət ərizəmi yazdım. Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir.

Daxili İşlər Nazirliyi başda olmaqla, məsələ ilə yaxından maraqlanan polislərimizə, Bakı Şəhər Baş Polis İdarəsinə təşəkkürümü bildirirəm. Yekun nəticə ilə bağlı yaxın günlərdə açıqlama verəcəyəm. Məsələni işıqlandıran bütün media orqanlarına isə minnətdaram”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top