DİN-dən əhaliyə XƏBƏRDARLIQ — Diqqətli olun!

SOSİAL 05 mart 2024, 10:52
Daxili İşlər Nazirliyi (DİN) mobil tətbiqlərlə bağlı əhaliyə müraciət edib.

DİN-dən daxil olan müraciətdə qeyd olunur ki, cihazlara yüklənən tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşılmamalıdır:

"Şəxsi və bank kartı məlumatlarınızın güvənliliyini qorumaq üçün bu çox vacibdir. Tətbiqləri yükləyərkən nələrə diqqət etməlisiniz?

- Qeyri-rəsmi mənbələrdən tətbiqləri yükləməyin və cihazınızın parametrlərində qeyri-rəsmi (məlum olmayan) mənbələrdən quraşdırılmalara icazələri qeyri-aktiv edin;
- Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi mağazalardan (Google Play, App Store) yükləyin;
- Quraşdırdığınız tətbiqlərə və verdiyiniz icazələrə diqqət yetirin;
- Tətbiqin etibarlılığını araşdırın. Yalnız tətbiqə tam etibar etdiyiniz halda onu quraşdırın".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top