Baydenin onu öpməsi müzakirə edildi — VİDEO

DÜNYA 03 mar 2024, 18:45

ABŞ Prezidenti Co Baydenin işgüzar görüşdən sonra İtaliyanın Baş naziri Giorgia Meloni ilə sağollaşması müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, həmin video sosial şəbəkələrdə yayımlanıb.

Görüntülərdə ABŞ liderinin əl sıxmazdan əvvəl İtaliyanın Baş nazirini başından öpməsi əks olunub. İzləyicilərin şərhlərinə görə, Meloninin sakit və mehriban reaksiyası bu hərəkətin onu narahat etmədiyini bildirib.

Sosial şəbəkə istifadəçiləri görüntüləri yeni diplomatik tendensiya adlandırıblar.

Qeyd edək ki, Bayden və Meloninin görüşü martin 1-i ABŞ-də baş tutub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top