BMW ilə avtoxuliqanlıq edən şəxs “Nikosayağı”nın qohumu imiş — VİDEO

GÜNDƏM 02 mar 2024, 23:36
Gəncə şəhərində BMW markalı avtomobillə avtoxuliqanlıq edən sürücü sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin qohumu imiş.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhərində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü Şərif Şərifov “Nikosayağı”nın qaynıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl Ş.Şərifov özünə məxsus BMW markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, təhlükəli manevrlər edib.
Sürücü barəsində toplanmış material aidiyyəti üzrə məhkəməyə göndərilib.

Xatırladaq ki, 2023-cü ilin avqustun 15-də sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb. N.Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

Bloqerə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top