Sakit okeanda güclü zəlzələ olub

DÜNYA 02 mar 2024, 10:00
Sakit okeanda 5,8 maqnitudalı zəlzələ olub.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Xidmətin verilənlərinə əsasən, təbiət hadisəsinin episentri Ficiyə məxsus Ono-i-Lau adasından təqribən 35 km şərqdə olub. Yerli vaxtla saat 12:26-da (Bakı vaxtı ilə 04:26-da) qeydə alınmış yeraltı təkanların ocağı 536,6 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top