"Bunu etdim ki, 30-50 il sonra kiməsə ağız açmayım"

ŞOU-BİZNES 01 mar 2024, 23:43

Əməkdar artist Bəsti Bəkirova "7 canlı" proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, toylardan danışan sənətçi bir ildən çoxdur el şənliklərinə getmədiyini bildirib:

"Çox nadir hallarda əzizlərimin, mötəbər insanların toyuna yarımsaatlıq gedirəm. Əvvəlki zamanlardakı kimi deyil, vaxt var idi hər gün el şənliklərinə gedirdim. İndi ümumiyyətlə toyların mövsümü deyil. Ayaq problemlərimdən və koronavirusdan sonra çox az hallarda toya gedirəm. Bir ildən çoxdur məclislərdə iştirak etmirəm. Vaxtında qazandığımı elə etmişəm ki, bundan sonra 30-50 il ömrüm qalsa, kiməsə ağız açmayım. İşimi əvvəldən elə qurdum ki, özümü o vaxta kimi idarə edə bilim. Bunların hamısını səmərəli və planlı şəkildə etmişəm".

Qeyd edək ki, sənətçinin həyat yoldaşının Nabranda otel biznesi var.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top