Banqladeşdə yanğın: 43 nəfər öldü

DÜNYA 01 mar 2024, 21:05
Banqladeşin paytaxtı Dəkkə şəhərində binada baş verən yanğın nəticəsində 43 nəfər ölüb.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda, 6 mərtəbəli binada baş verən yanğında 43 nəfərin öldüyü, çox sayda insanın isə yaralandığı açıqlanıb. 

Həmçinin, bölgədə yanğınsöndürənlərin xilasetmə işlərinin və yaralıların müalicəsinin davam etdiyi bildirilib. 

Qeyd edək ki, xilasetmə qrupları tərəfindən 75 nəfər binadan xilas edilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top