Albaniya Türkiyədən “Bayraktar” PUA-ları alıb

DÜNYA 01 mar 2024, 20:50

“Bayraktar pilotsuz uçan aparatlarının partiyası Albaniyaya gəlib”.

Bunu ölkənin müdafiə naziri Niko Peleşi sosial şəbəkə hesabında yazıb.

“Effektivliyi və qabaqcıl texnologiyası ilə tanınan “Bayraktar” dronları artıq Albaniyadadır! Artıq iki gündür ki, onların yığılması başlayıb və paralel olaraq istismarı və nəzarəti üçün dəstəkləyici infrastrukturun quraşdırılması da davam edir”, - deyə Peleşi əlavə edib.

O, həmçinin PUA-nın fotoşəkillərini paylaşıb və bunun Silahlı Qüvvələrin modernləşmə və innovasiyalara sadiqliyin simvolu olduğunu qeyd edib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top