Gəncə şəhərində 1987-ci il təvəllüdlü Emin keçmiş həyat yoldaşı Ayselə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Emin hadisə günü saat 10 radələrində Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Çinar” adlanan mağazanın qarşısına gəlib. Orada keçmiş həyat yoldaşı Ayselin üstünə hücüm edərək saçlarından tutub dartaraq üz və baş nahiyələrindən qəsdən əl zərbələri ilə vurub.
Hadisəni törədən Eminin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aysel ilə 2005-ci ildə ailə həyatı qurub, 2019-cu il tarixdə isə boşanıb: “Birgə nikahdan 2 övladımız dünyaya gəldi. Boşanmağımıza səbəb maddi imkansızlıq səbəbindən olub. Lakin, boşanmağa baxmayaraq bir ailə kimi yaşamışıq. Bir müddət Ayseldə mənə qarşı soyuqluq olduğunu hiss etdim. Hadisə günü, səhər saat 9 radələrində təsadüfən Gəncə şəhər Abbas Səhhət xəstəxanasında olarkən Ayselin Gəncə şəhər 4-cü mikrorayonda yerləşən "Bal dönər" adlı dönərxananın yanından “Hyundai” markalı avtomobilə əyləşərək uzaqlaşdığını gördüm. Bundan sonra həmin avtomobilin arxası ilə getdim. Lakin Ayselin yanına çata bilmədim. Bir neçə dəqiqə sonra Ayselə zəng edərək, harada olduğunu və onu başqa birinin avtomobilinə mindiyini dedim. Bundan sonra Gəncə şəhər Nizami küçəsində yerləşən Çinar deyilən ərazinin yaxınlığında Ayseli gördüm. Əsələşərək Ayselin saçından tutub avtomobil tərəfə sürüdüm, qəsdən əl zərbəsi ilə ağız nahiyəsinə vurdum. Baş zərbəsi ilə çənə nahiyəsinə vurdum və avtomobilə əyləşdirərək yaşadığımız evə apardım. Qısqanclıq zəminində ona xəsarətlər yetirmişəm”.
İş üzrə zərərçəkmiş Ayselin sözlərinə görə, boşanmaqlarına səbəb maddi imkansızlıq və Eminin başqa-başqa qadınlarla münasibətinin olması səbəb olub: “Boşandıqdan sonra aramızda qısqanclıq zəminində mübahisələrimiz olub. Emin başqa biri ilə münasibətimin olmağında günahlandırırdı. Hadisə günü, saat 9 radələrində şəxsi işlərim ilə əlaqədar olaraq Gəncə şəhər Abbas Səhhət xəstəxanasına getdim. Lakin işlərimi həll edə bilmədiyim üçün “Gəncə Mall”a iş yerimə getmək qərarına gəldim. Bir müddət sonra avtobusda Gəncə şəhər Nizami küçəsində hərəkətdə olan zaman Emin zəng edərək, harada olduğumu, kənardan gördüyünü, başqa maşında olduğumu dedi. Emin telefonda qışqıraraq danışdığı üçün Gəncə şəhər Nizami küçəsində avtobusdan düşdüm. Nizami küçəsində yerləşən Çinar deyilən ərazinin yaxınlığına gəldim və Eminəı orada gözlədiyimi dedim. Bir müddət sonra Emin yanıma gəldi. Qəsdən saçımdan yoldu, üzümə əl zərbəsi ilə vurdu, ağız nahiyəmə əl zərbəsi ilə vurdu. Üz nahiyəmə baş zərbəsi ilə vurdu. Avtomobilə əyləşdirərək yaşadığımız evə getdil. Döyüldüyüm üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim”.
Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Emin 2 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az