Azərbaycanda bu avtomobillər 30 faiz ucuzlaşdı — VİDEO

AVTO 28 fev 2024, 10:41
Böyük həcmli mühərriki olan avtomobillərin qiyməti kəskin azalıb.

Dizel və hibrid mühərrikli avtomobillərin idxalının artması ilə benzin mühərrikli avtomobillərə tələbat azalıb.

Xüsusilə də bu hal mühərrik həcmi böyük olan avtomobillərin satışına təsir edib.

Avtomobil satışı üzrə mütəxəsis Sərxan Qədirov da "Xəzər Xəbər"ə bildirib ki, bəzi avtomobillərin dəyəri 30%-dən çox ucuzlaşıb.

Eskpertin sözlərinə görə, qiymətlərə təsir edən amillərdən biri də Koreya istehsalı olan dizel mühərrikli "offroad” avtomobillərin ölkəyə idxalının artmasıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top