“Qərb həmin dövlətləri ciddi tənbeh edəcək” — Berlin görüşünə dair PROQNOZ

GÜNDƏM 27 fev 2024, 15:05
Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan və Türkiyə ilə dinc yanaşı yaşamağın tərəfdarıdır. O, qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərdə irəliləyiş var. 

Fevralın 28-29-da Berlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçiriləcək. Politoloq Qabil Hüseynlinin fikrincə, sabahkı görüşdə sülh müqaviləsinin imzalanması istiqamətində müsbət dəyişiklik gözləməyə dəyər.

O, Demokrat.az-a açıqlamasında proqnozlarını bölüşüb:

“Bu dəfə mütləq müsbət nəticə əldə olunacağını demək olar. Əgər bu dəfə də sülh müqaviləsinin əleyhinə olan olsa, Qərb dövlətləri həmin tərəfləri ciddi tənbeh edəcək. Bugünədək xeyli addımlar atılıb, sülh müqaviləsinin prinsipial məqamları razılaşdırılıb. Sadəcə olaraq Ermənistanda konstitusiya dəyişiklikləri gündəmdədir, lakin düşünürəm ki, sülh müqaviləsini daha əvvəl də imzalamaq olar. Fikrimcə, sabahkı görüşdən sonra sülh müqaviləsinin imzalanması üçün daha sürətli addımlar atılacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top