Qazaxıstan prezidentinin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI

XARİCİ SİYASƏT 27 fev 2024, 13:54
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 mart tarixlərində Azərbaycana dövlət səfəri edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Trend-ə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.

"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 mart tarixlərində Azərbaycana səfər edəcək. İki günlük səfər zamanı Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq üzrə bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır", - deyə səfir bildirib.

Alim Bayelin qeyd edib ki, Qazaxıstan Prezidenti, həmçinin, Füzuliyə səfər edəcək və burada Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin açılış mərasimində iştirak edəcək.

Səfir, həmçinin, Qazaxıstan liderinin səfərinin Azərbaycanda növbədənkənar Prezident seçkilərindən sonra ilk xarici dövlət başçısının səfəri olacağını vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top