Qazdığı quyuya özü düşüb öldü

HADİSƏ 21 fev 2024, 20:45
ABŞ-nin Florida ştatında çimərlikdə qazdığı çuxura düşən 7 yaşlı qız ölüb.

Demokrat.az
xəbər verir ki, hadisə ilə bağlı əyalətin xilasetmə rəsmiləri açıqlama verib. 

Səlahiyyətlilər 7 yaşlı qız və 8 yaşlı qardaşının çimərlikdə 1,8 metr dərinlikdəki çuxura düşdüyünü bildirib.

Həmçinin, qızın tamamilə, azyaşlı oğlanın isə sinəsinə qədər batmış vəziyyətdə tapıldığı vurğulanıb. 

Rəsmilər qızın öldüyünü, oğlanın vəziyyətinin stabil olduğunu bildirib. 


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top