“Əvvəllər direktor, direktor müavini...” — Ekspert şagird yerdəyişməsindən DANIŞDI

GÜNDƏM 20 fev 2024, 20:10
“Ölkənin 4432 ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır və hər il 10 mindən çox şagird müxtəlif səbəblərdən oxuduğu məktəbi dəyişir. Yaşayış yerinin və ya valideynin iş yerini dəyişməsi, şagirdin məktəb daxilində narahatlıq yaşaması səbəbindən yerdəyişmə edilə bilər. Son üç ildə proses tamamilə şəffaf həyata keçirilir. Valideynlər müvafiq portala daxil olub kabinet yaradırlar, istədikləri məktəbdə boş yer varsa, sorğu yerləşdirirlər”.

Bunu təhsil eksperti Kamran Əsədov Demokrat.az-a açıqlamasında deyib. O qeyd edib ki, əvvəllər bu prosesdə kənar müdaxilələr müşahidə edilirdi:

“Direktor, direktor müavininin razılığı ilə baş tuturdu məsələ. İndi isə valideyn belə hallarla qarşılaşmır. Bu gün Azərbaycan məktəblisi yaşayış yerini dəyişəndə rahatlıqla məktəbini də elektron yolla dəyişə bilir. Bu proses 9 və 11-ci siniflərə şamil edilmir. Onlar buraxılış imtahanlarına görə yerdəyişmə edə bilməzlər”.

Qeyd edək ki, bu gündən şagirdlərin elektron yerdəyişməsinə start verilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə fevralın 20-i saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top