Yeniyetməni alçaldan məktəblinin direktoru danışdı — VİDEO

GÜNDƏM 20 fev 2024, 12:31
"Hadisə yanvarın 17-də məktəbdən kənarda baş verib. Biz bu hadisə ilə bağlı fevralın 14-də məlumat almışıq. Məlumat aldıqdan sonra şagirdin valideyni ilə əlaqə saxlanılıb və məktəbə dəvət olunub".

Bu sözləri 156 nömrəli məktəbin direktoru Gülər İsmayılova Baku TV-yə açıqlamasında bildirib.

O əlavə edib ki, görüntülərdə olan şəxslərdən yalnız biri məktəbin şagirdidir: "Digər şəxs bizim məktəbin şagirdi deyil. Həmin şagirdin dərslərdə nəticələri ortadır. Zəif oxuyan şagird deyil. Buna qədər məktəb daxilində heç bir şagirdlərə qarşı oxşar hərəkət etməyib. Həmin şagird və valideyni bizə bildirib ki, zarafat edib. Etdiyi zarafatdan peşmandır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top