Norveç müdafiə xərclərini ən yüksək həddə çatdıracaq

DÜNYA 18 fev 2024, 10:15
Norveç hökuməti yazda parlamentə İkinci Dünya Müharibəsindən sonra milli müdafiə xərclərinin ən böyük artımı planını təqdim edəcək.

Bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Norveç hökumətinin başçısı Yonas Qar Störe deyib.

“Bir neçə aydan sonra mən müdafiə xərclərimizdə İkinci Dünya Müharibəsindən bəri ən böyük artımla bağlı təklifləri parlamentə təqdim edəcəyəm. Biz bunu razılaşdırılmış regional planlara uyğun olaraq edirik”, - Störe bildirib.

O, Ukraynada davam edən münaqişədən danışaraq, Atlantikanın hər iki tərəfində silah istehsalının artırılması, NATO çərçivəsində, eləcə də alyansla Kiyev arasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyinə diqqət çəkib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top