Alimlər: keyfiyyətli çayın dadını mikroblar müəyyən edir

MARAQLI 16 fev 2024, 09:56
Çinin Fujian Kənd Təsərrüfatı Universitetinin alimləri müəyyən ediblər ki, çayın dadı təkcə onun müxtəlifliyindən və böyümək şəraitindən deyil, həm də köklərindəki torpaq bakteriyalarından asılıdır.

“Report” xəbər verir ki, tədqiqat “Current Biology” elmi jurnalında dərc olunub.

Alimlər bildirir ki, kök mikrobları ammonyakın udulmasına təsir göstərir, bu da öz növbəsində çay içkisinin dadını müəyyən edən teaninin artmasına səbəb olur.

Tədqiqatçıların fikrincə, təcrübə üçün yaradılan “SynCom” süni mikrob çayın keyfiyyətsiz çeşidlərini stimullaşdırmaq üçün istifadə edilə bilər. Bundan əlavə, mikroblar azotun udulmasını yaxşılaşdırır ki, bu da gübrə ehtiyacını azaldırır.

Gələcəkdə alimlər öz kəşflərini yüksək proteinli düyü və digər bitkilərin yetişdirilməsinə yönəldəcəklərini düşünürlər.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top