Məşhur şirkət işçilərini ixtisar edir

DÜNYA 15 fev 2024, 15:30
ABŞ-nin şəbəkə texnologiyaları şirkəti “Cisco”, strukturlaşdırma planının bir hissəsi olaraq qlobal işçi qüvvəsini təxminən 5 faiz azaldacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib.

Açıqlamada, şirkətin gəlirinin sözügedən dövrdə illik 6 faiz azalaraq 12,8 milyard dollara çatdığı bildirilib. 

Həmçinin, şirkətin xalis mənfəətinin eyni dövrdə 5 faiz azalaraq 2,6 milyard dollar olduğu qeyd edilib. 

“Cisco”nun yenidən təşkili və əsas prioritet sahələrə daha çox investisiyanın təmin edilməsi üçün yenidən strukturlaşdırma planı hazırladığı açıqlanıb.

Bu planın şirkətin qlobal işçi qüvvəsinin təxminən 5 faizinə təsir edəcəyi bildirilib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top