Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artdı

DÜNYA 14 fev 2024, 21:27
Yaponiyanın İşikava bölgəsində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı artıb.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumatda, yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə ölənlərin sayının 241-ə yüksəldiyi bildirilib. 

Açıqlamada 13 mindən çox insanın hələ də təxliyyə məntəqələrində qaldığı, 11 nəfərin axtarışlarının davam etdiyi paylaşılıb. 

Bildirilib ki, əyalət üzrə 31 mindən çox evdə su, 1500-dən çox evdə elektrik enerjisi kəsilib, bölgədə zədələnmiş və dağılmış binaların sayı 65 minə çatıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top