Restoranlarda “Sevgililər günü”nə olan qiymətlər — SİYAHI

GÜNDƏM 14 fev 2024, 12:00
Bakıda fəaliyyət göstərən məşhur restoranlar "Sevgililər günü" kimi qeyd olunan 14 fevral tarixinə xüsusi olaraq hazırlaşıblar. Restoranların hər birində təklif olunan menyular, şou-proqramlar və ifa edən sənətçilər fərqli olduğu kimi qiymətlər də müxtəlifdir. Belə ki, qiymətlər dəvət olunan sənətçiyə, təklif olunan menyuya, masanın yerləşdiyi mənzərəyə, restoranın zalına yaxud terrasına görə dəyişir.

Trend bu gün üçün bəzi restoranlarda təklif olunan qiymətlərlə bağlı araşdırmasını təqdim edir:

"İstanbul Meyhane" də iki nəfər üçün qiymət 150 manatdır.

"SHOW MUSIC HALL"da isə bir nəfər üçün qiymət 120-200 manat arasında dəyişir.

"Kaddeh"də bir nəfər üçün 200-250 manatdır.

"Sosyete Baku"da kənar masalar 150, səhnəyə yaxın masaların qiyməti isə hər adam üçün 200 manatdır.

"Zeyd" restoranında iki nəfərlik menyu 250-300 manat aralığında dəyişir.

Sakit və romantik abu-hava istəyənlər üçün "ADA" restoranında depozit yoxdur.

"El Piano" restoranında isə bu qiymət adambaşı 100 manatdır.

Sonda qeyd edək ki, paytaxtda fəaliyyət göstərən restoranlarda "Sevgililər günü" kimi qeyd olunan 14 fevral tarixinə xüsusi hazırlıqlar görülüb. Lakin qiymətlər əvvəlki illərlə müqayisədə bu il daha çox yüksəkdir. Sosial şəbəkə istifadəçiləri "fantastik qiymətlər", "qiymətlər uçur", "o pula millət xaricə getmək üçün bilet alar", "bu qiymətlə hansısa ölkəyə getmək Bakıda qeyd etməkdən yaxşıdır" və s. bu kimi rəylər qeyd ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top