“Trendyol” onlayn ticarət platforması vasitəsilə Türkiyədən Azərbaycana birbaşa çatdırılmanın tətbiq olunduğu gündən vətəndaşlar problemlərlə üzləşirlər. Ya sifariş gecikir, ya yanlış məhsul çatdırılır, ya da endirim kuponları verilsə də endirimdən yararlanmaq mümkün olmur. “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, onlayn satışlardan, o cümlədən “Trendyol”dan daim şikayətlər daxil olur:
“Şikayətlərin palitrası müxtəlifdir. Vətəndaşların istədiyi malı göndərmirlər, qaytarmaq istədiyi malı qaytarmırlar, gecikmə və ya malın itməsi halları yaşanır. Bütün bunların da səbəbi hökumətin biznes qurumları üçün yaratdığı rahat şəraitdən sui-istifadə edilməsidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda xeyli dəyişikliyə ehtiyac var. Zaman dəyişir, qanun da dəyişməlidir. Qanunun köhnəliyi, onun icra edən dövlət orqanlarının passivliyi və mövcud şəraitdən biznes subyektlərinin istifadə etməsi istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır.
Onu da qeyd edim ki, stasionar satışla məşğul olan insanlar “Trendyol”un fəaliyyətindən narazıdırlar. Düşünürəm ki, bu məsələdə haqlıdırlar. Ona görə də Nazirlər Kabinetinin müəyyən qərarı olmalıdır ki, mövcud vəziyyət düzəlsin. Neqativ hallarla qarşılaşan vətəndaşlar “195” Qaynar Xətti ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər”.
Törə Zeynallı
Demokrat.az