Elgiz: "Mənim niyə bahalı maşınım olmasın?"

ŞOU-BİZNES 01 iyun 2025, 11:59
"Bir aparıcı paxıllığından dedi ki, həmkarlarının maşını, bağı var. Biri elə özüm. Mən həftənin yeddi günü işləyirəm. 20 ildir gecəm-gündüzüm yoxdur. Başımda tük qalmayıb. Mənim niyə bahalı maşınım olmasın?".

Demokrat.az  "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə" verilişində deyib. Elgiz paxıllığını çəkən həmkarlarından gileylənib:

"İnsan işləyir ki, evi, maşını olsun. Sözü mənə atır. Dünən çıxan aparıcıların maşını var. Bizim niyə olmasın? Evdə əyləşmişik, işləmirik? Səhər saat 9-da evdən çıxıram, ən tez axşam 10-da qayıdıram. Paxıllığından partlayır. And olsun Allaha, ən bahalı maşını o sürür, ən gözəl yerdə yaşayıb, ən bahalı ayaqqabılar, kostyumları o geyinib. Elədiyi bir şeydə yoxdur. Biz də zamanı gələndə evdə oturub gənclərə baxacağıq.

Mən indi utanmadan, qızarmadan yeni gələn aparıcılara dəstək olub onlara motivasiya verməkdən, onu özüm kimi yetişdirməkdənsə, belə danışım? İşləmək lazımdır. Günümüz yoxdur. Pis mənada demirəm, minnət qoymuram. Bu, mənim həyatımdır. Həmkarlarım da əziyyət çəkirlər. Kim əziyyət çəkirsə, Allah min bərəkətini versin. Tənbəllərdə gedib işləsinlər. Nə qədər məsuliyyət daşıyırıq. Bu qədər xəstə müraciət edir, onları həkimlərə yönləndiririk. Onlarla maraqlanırıq. Sabah nəsə olsa, aparıcının adı gedir". 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top