“TikTok”da məşhurlaşan Adəmin atası CƏZALANDIRILDI

HADİSƏ 13 fev 2024, 12:31
“TikTok” sosial şəbəkəsində 9 yaşlı övladı Adəm Mirzəyevlə canlı yayımlara çıxan və videolar paylaşan Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev barəsində tədbir görülüb.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.

O bildirib ki, azyaşlı və yeniyetmələrlə bağlı məsələlərə həssaslıqla yanaşılır:

“Ağcabədi rayon Hüsülü kəndində yaşayan azyaşlı Adəmin “TikTok” sosial şəbəkəsində atası ilə paylaşdığı neqativ videolarla bağlı tədbirlər görülüb. 
Övladının təlim-tərbiyəsi ilə ciddi şəkildə məşğul olmayan valideyn barəsində protokol tərtib olunaraq rayon icra hakimiyyətinin müvafiq komissiyasına göndərilib”.

Qeyd edək ki, 9 yaşlı Adəm Mirzəyevin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Xatırladaq ki, daha əvvəl Adəm Mirzəyevin söyüş söydüyü videosunu paylaşan həmkəndlisi Samir Ələsgərov həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top